Kiçik hüquqşünas

  • Giltex
  • Elanın qoyulma tarixi: 28.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
  • Hazırlanan sənədlərin və müqavilələrin hüquqi ekspertizasının həyata keçirmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla danışıqlar və yazışmalar aparmaq;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlər hazırlamaq;
  • Müəssisənin fəaliyyəti ilə əlaqədar yaranan müqavilə sorğuları əsasında Müqavilə, Razılaşma Protokolu, Spesifikasiya, Saziş və digər sənədlər tərtib etmək;
  • Hüquqi sənədləri sistemləşdirmək və uçotunu aparmaq, sənəd dövriyyəsinə nəzarət etmək;
  • Digər şöbə və departamentlərin hüquqi sorğularına yazılı və şifahi məsləhətlər, rəylər vermək və digər hüquqi köməklik göstərmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • İddialara cavab hazırlamaq və bunun üçün arayış, hesabat, izahat və başqa materialların vaxtında verilməsini tələb etmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək;

Namizədə tələblər:

  • Hüquq fakultəsi üzrə Ali təhsil;
  • Hüquq sahə üzrə 1 il təcrübə;
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli
  • Dil bilikləri: ingilis, rus dilini bilənlərə üstünlük verilir;

İş saatı:

  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • Nahar şirkət tərəfindən verilir
  • Bakı şəhərində səhər "20 yanvar"metrostansiyasından/ axşam "Avtovağzal" metrostansiyasına servis .-Ünvan: Sumqayıt şəhəri, Sülh küç

Müraciətlərinizi e-mail ünvanına Kiçik hüquqşünas başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur: