Tender üzrə Menecer

  • By Telecom
  • Elanın qoyulma tarixi: 27.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Yeri: Bakı şəhəri

İş Rejimi: 5 günlük 09:00-18:00 

Əmək haqqı: 1000-2500AZN (Bu sahədə olan təcrübəsi, müştəri portfelinə əsasən formalaşır.)

Bonus: Hər qazanılmış Tenderdən və Korporativ satışdan % bonusu. ( Limit yoxdur )

Namizədə tələblər:

  • İş təcrübəsi:  Müvafiq sahə üzrə minimum 3 il təcrübə;

Xüsusi biliklər: 

  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
  • etender.gov.az portalından istifadə edə bilməli; 
  • Azərbaycan dilini sərbəst bilməli, rus dili arzuolunandır;
  • Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.

 İşin qısa təsviri:

  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi 

Vəzifə öhdəlikləri:

  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi
  • Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Yeni müştərilərə “soyuq” zənglərin edilməsini icra edir.
  • Korporativ müştəri bazasının genişləndirilməsi;
  • Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi

Əmək haqqı razılaşma əsasında;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satınalma üzrə böyük mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.