Təchizat üzrə baş mütəxəssis

İşin təsviri

İnzibati məsələlər:

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat üzrə menecerinin və Təchizat şöbəsinin menecerinin assistenti verdiyi təlimatla nail olmaq;
  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
  • Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
  • Daxili və xarici bazarın araşdırılması,alternativ tədarükçülərin tapılması və görüşlər keçirilməsi;
  • Xaricdən tədarük edilən malların və məhsulların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi və daşımanın təşkili;
  • Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək;
  • Təchizat şöbəsinin Menecerinə və Təchizat şöbəsinin menecerinin assistenti şöbələrin material və qeyri- material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
  • Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
  • Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
  • Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
  • Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
  • Təchizat üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini otel üçün ən sərfəli olan yollarla aparmaq.
  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
  • Şöbənin təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.
  • Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər Öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Ölkənin qanunvericiliyinə riayət etmək.
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizat üzrə mütəxəssis” qeyd edərək CV-lərini elektron ünvanına 10 yanvar 2024-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Baku Marriott Hotel Boulevard tərəfindən digər vakansiyalar