Landşaft dizayneri

  • Sos Media AZ
  • Elanın qoyulma tarixi: 19.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Olduğu yer: Qəbələ şəhəri

Landşaft dizayneri kimi yaradıcı komandamıza qoşulun və ətrafda unikal və ruhlandırıcı məkanlar yaratmaq həvəsinizi həyata keçirin!

Vəzifə borcları:

  • Yerin mövsümi və ekoloji xüsusiyyətlərini nəzərə almaqla, landşaft dizaynının konsepsiyalarının və layihələrinin işlənib hazırlanması;
  • Çəkiliş meydançaları üçün məkanların və tədbirlərin təşkil edilməsi;
  • Konsepsiyanın əyani şəkildə təqdim edilməsi üçün çizgilərin, sxemlərin və vizualizasiyaların yaradılması;
  • Layihənin mövzusuna və üslubuna uyğun olaraq dekor konsepsiyalarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • Məkanın dizaynına və funksionallığına uyğun olan bitkilərin, materialların və elementlərin seçilməsi;
  • Layihənin həyata keçirilməsinə nəzarət və podratçılarla və bağçılıq üzrə mütəxəssislərlə qarşılıqlı münasibət;
  • Vahid vizual görünüşün əldə edilməsi üçün rejissorlarla, dizaynerlərlə və komandanın digər üzvləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət;
  • Landşaft dizaynında dayanıqlı və ekoloji həllərin inkişaf etdirilməsi;
  • Dekor üçün inventar və materialların qorunub saxlanması və idarə edilməsi.

Tələblər:

  • Landşaft dizaynı sahəsində ən azı 3 il müxtəlif iqlim şərtləri nəzərə alınmasının üstün tutulduğu iş təcrübəsi; 
  • Landşaft dizaynında istifadə olunan bitkilər, memarlıq elementləri və tikinti materialların barədə bilikli olmaq;
  • Vizuallaşdırma və layihələndirmə proqramları ilə işləməyi bacarmaq (məsələn, AutoCAD, SketchUp, Adobe Creative Suite);
  • Layihələndirməyə qarşı yaradıcı yanaşma və konsepsiyanı vizual materiallar şəklində təqdim etmək bacarığı;
  • Dayanıqlı və ekoloji dizayn prinsiplərini bilmək;
  • Yaradıcı şəraitdə işləmək və layihələrə unikal ideyalar gətirmək bacarığı;
  • Müxtəlif dekor üslubları və mövzuları ilə işləmək təcrübəsi;
  • Kreativlik, komandada işləmək bacarığı, məlumatı təhlil etmək bacarığı, yüksək ünsiyyət bacarıqları, diqqətlilik.

Şərtlər:

  • Saat 9:00-dan 18:00-dək iş qrafiki, BE - C;
  • Müsahibənin nəticələrinə görə rəqabətli əmək haqqı;
  • Qəbələ şəhərində qidalanmanın və yaşayışın təşkil edilməsi;
  • İnnovativ landşaft layihələrinin yaradılmasında iştirak etmək;
  • Öz ideyalarını həyata keçirmək və ətraf mühiti yaxşılaşdırmaq imkanı;
  • Memarlıq və dizayn sahəsində peşəkarlarla əməkdaşlıq;
  • Dinamik komandada peşəkar və yaradıcı inkişaf imkanı.

 

Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.

CV-lər 18 yanvar 2024-cü ilədək qəbul edilir.

Əgər məkanlara yeni həyat vermək və unikal landşaftlar yaratmaq istəyirsinizsə, vəzifə mövzusunda “Landşaft dizayneri” və gözlənilən əmək haqqını göstərməklə, öz portfolionuzu və fotoşəkilli CV-nizi elektron poçtuna göndərin 

Birlikdə gözəl və funksional landşaftlar yaratmaq üçün komandamıza qoşulun!