Əmək haqqının hesablanması üzrə mütəxəssis

  • Azərşəkər LLC
  • Elanın qoyulma tarixi: 16.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Yeni əməkdaşlara bank hesablarının açılması və əmək haqqı kart sifarişlərinin yerinə yetirməsi;
  • Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərinin tərtib olunması;
  • Həyatın Yığım Sığortası proqramına aid sənədləşmənin aparılması;
  • DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
  • Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək.
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.

Vəzifə tələbləri:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Səlis Azərbaycan və dili bilikləri (Rus və İngilis dili – arzuolunandır);

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: BEGOC Biznes Mərkəzi

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əmək haqqının hesablanması üzrə mütəxəssis) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.