Receptionist

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gələn qonaqları mehriban şəkildə qarşılamaq və onlara aidiyyati məlumat vermək;
  • Ziyarətçilərin şirkət tərəfindən təklif edilən xidmətlər haqqında sorğularına cavab vermək;
  • Şirkətə gələn bütün qonaqların dəqiq qeydiyyatını təmin etmək;
  • Qonaqları dəqiqlik və nəzakətlə təyin olunmuş otaqlara yönləndirmək;
  • Tələb olunan digər qəbul işlərini həyata keçirmək.

Namizəd tələbləri:

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Müvafiq vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Dil biliyi: Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı bilmək;
  • Kompüter bilikləri: MS Office proqramlarını yaxşı bilmək;
  • Sənədləşmənin təşkili bacarıqları;
  • Səmimi, nəzakətli rəftarın qorunması;
  • Gənc və səliqəli xarici görünüş.

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Yüksək kommunikabellik;
  • Vaxtı səmərəli idarə etmək bacarığı.

Nə təklif edirik:

  • Mehriban və məhsuldar iş mühiti;
  • İş saatı: 09:00-dan 18:00-a kimi (5/7).

Maraqlanan namizədlər öz CV-lərini 25 dekabr 2023-cü il tarixinədək “Receptionist” başlığı ilə elektron poçt ünvanına  göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.