Sürücü

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarına riayət etmək
  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
  • Şirkətin işçilərini və şirkət qonaqlarını təyin olunan cədvəl üzrə aparıb gətirmək
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək
  • Ölkədaxili ezamiyyət səfərlərinə mütəmadi olaraq getmək
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
  • Nəqliyyat vasitəsini təmiz saxlamaq
  • Hər hansı bir zərər, qəza halı və ya digər vəziyyət olduqda dərhal Nəqliyyat Koordinatoruna məlumat vermək.
  • Sürücülük vəsiqəsinin etibarlılıq müddətini, təqdim olunan nəqliyyat vasitəsi üçün sənədləri, sürücülük üçün etibarnaməni, eləcə də sığortanın bitmə müddətini izləmək

Tələblər:

  • Orta təhsil
  • Sürücü kimi azı 5 il təcrübə
  • Sürücülük vəsiqəsi (B və C kateqoriyaları)
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis və ya Rus dilləri arzuolunandır
  • Mükəmməl ünsiyyət və peşəkar təqdim etmə qabiliyyətinə malik olmaq
  • Məsuliyyətli, intizamlı olmaq