Ödəniş kartlarının ölkə daxilində klirinq-hesablaşma bölməsinin kiçik mütəxəssisi

  • Unibank
  • Elanın qoyulma tarixi: 13.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • MilliKart prosessinq mərkəzi tərəfindən gündəlik təqdim olunan hesabatlara əsasən banklararası hesablaşmalar (İssuing/Acquiring) üzrə klirinq;
  • Gündəlik inkasassiya olunan bankomatların balansının yoxlanılması, onların qeydiyyatdan keçirilməsi;
  • MilliKart prosessinq mərkəzi tərəfindən təqdim olunmuş hesabata əsasən e-commerce üzrə komissiyaların tutulması və klirinq, aylıq hesabatların hazırlanması;
  • MilliKart nəzdində olan bankların ödəniş sistemlərlə hesablaşmalar üçün açılmış bütün aralıq hesabları və İqtisad departamenti tərəfindən mercantlara açılan tranzit hesablar üzrə qalıqların yoxlanılması;
  • Dövriyyə-saldo balansının yoxlanılması və tranzit hesablar üzrə müxabirləşmələrin verilməsi;
  • Cari layihələr üzrə Prosessinq Mərkəzi, Service provayder və partnyorlar ilə Bank arasında olan üzləşmə aktlarının yoxlanılması;
  • Müştərilərin vəsaitin bankomat tərəfindən verilməməsi barədə yazılı şikayətlərinin araşdırılması və rəy verilməsi;

Tələblər:

  • İqtisadi sahə üzrə bakalavr ali təhsili;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), İnternetdə işləmə bacarığı);
  • Azərbaycan dili üzrə yüksək, Rus dili üzrə orta səviyyədə bilik;
  • Xarici dil üzrə (İngilis dili) “Pre-intermediate” səviyyədə bilik;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Müvafiq sahə üzrə minimum 3 ay təcrübə müddəti;
  • Məsuliyyətli və diqqətli olmalı; 

İşəgötürənin reytinqi