İstehsalat üzrə mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

Qurğunun SƏTƏM standartlarına uyğun olaraq normal işlədilməsinə nəzarət edir. Qurğunun istismara verilməsi, dayandırılması və təcili müdaxiləsi zamanı texniki və inzibati rəhbər tərəfindən təyin edilən təlimatlar əsasında iştirak edir. Gündəlik təmir planı çərçivəsində lazımi hazırlıqların aparılmasına nəzarət edir, müvafiq prosesləri izləyir və problemlərin aradan qaldırılması üçün həll yolları təklif edir. İstehsalat təlimatları, prosedurları, təlimat kitabçası və digər sənədləri mütəmadi olaraq nəzərdən keçirir, lazımi düzəlişləri təklif edir və mövzu ilə bağlı lazımi təlimlərin aparılmasını təmin edir. 

Vəzifə öhdəlikləri:

  • Məsul olduğu qurğunun performans meyarlarına uyğun olaraq istehsalını təmin etməsinə nəzarət etmək;
  • Qurğunun istismara verilməsi ve sonrasındakı proseslə əlaqədar texniki sənədləri araşdıraraq məsuliyyət sahəsi daxilində olan proseslərin bu texniki sənədlər əsasında tətbiq olunmasını təmin etmək;
  • Məsuliyyət sahəsi daxilində iş sağlamlığı, təhlükəsizliyi və ətraf mühit üçün risk yaradan vəziyyətləri müəyyənləşdirmək və onlarla əlaqəli düzəldici və ya qabaqlayıcı tədbirlərə başlamaq üçün müvafiq prosedurları həyata keçirmək;
  • Növbə qeydləri, növbə dəftəri və s. sənədlərin nizamlı və tam şəkildə doldurulmasına nəzarət etmək; Bu formalardakı məlumatlara uyğun olaraq edilməsi lazım olan bir düzəldici və ya profilaktik hərəkət varsa təklif etmək;
  • Planlaşdırılan təmir, yeniləmələr, kok təmizlənməsi, katalizatorun boşaldılması və yüklənməsi kimi fəaliyyətləri yaxından izləmək;
  • Məsul olduğu qurğunun istehsal KPI-larına nəzarət etmək və həyata keçiriləcək optimallaşdırma işlərinə qatılaraq proseslərin mükəmməlliyinə töhfə vermək;
  • İstehsalat Müdirliyi və ya digər əlaqəli bölmələr tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək; "Kök səbəb", "xəta tapma" və s. İşlərə və məsul olduğu qurğu üçün başladılan işlər (RBI, Varlıq rəhbərliyi və s.) ilə istehsalat mükəmməlliyi fəaliyyətlərinə qatılmaq;
  • Lazımı xüsusi hallarda On-Call vəzifəsini və məsuliyətini standartlara və prosedurlara uyğun olaraq yerinə yetirmək;
  • Vəzifə sahəsi ilə bağlı böyük mühəndis və aparıcı mühəndis tərəfindən ona verilən vəzifələrin yerinə yetirmək;
  • Şirkətin siyasətinə, missiyasına, baxışına, korporativ dəyərlərinə, hüquqi və digər tələblərinə, habelə şirkətin etik qaydalarına, siyasətinə, prosedurlarına, təlimatlarına, strategiyalarına və hədəflərinə uyğun hərəkət etmək; Müvafiq qaydaların, siyasətlərin və digər tələblərin onunla əlaqəli vəzifələrdə olan işçilər tərəfindən qəbul edilməsini və yayılmasını təmin etmək; Şirkət daxilində bu məsələlərin pozulması hallarına rast gəlindiyi təqdirdə müvafiq bölmələrə məlumat vermək;
  • Sahəsi ilə əlaqəli məlumat və sənədlərin düzgünlüyünü yoxlamaq;

Tələblər:

  • Kimya mühəndisliyi üzrə ali təhsil;
  • İngilis dilində mükəmmət ünsiyyət, yazı və oxuma qabiliyyətinə malik olmalı;
  • Texniki sənəd üçün məlumatların oxunması (Texnoloji sxem, Məntiq Diaqramı, Avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı və s.);
  • Məsul olacaq qurğu haqqında texniki bilik;
  • Təcili vəziyətlərdə müdaxilə təcrübəsi;
  • Sadə mühəndislik hesablamaları bilikləri;
  • Kimyəvi maddə və kataliz seçimi;
  • Problem həll etmə.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “İstehsalat üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 24.12.2023

İşəgötürənin reytinqi