Marketinq şöbəsinin müdiri

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasını təmin etmək;
  • Daim yeni axtarışlar etmək, şirkətin yeni qurulan marketinq kampaniyalarını nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar rəhbərliyə məlumat vermək;
  • Bazardakı rəqibləri araşdırmaq, analizlərini aparmaq və tələbatını müəyyənləşdirmək;
  • Şirkətin bütün məhsulları üçün marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
  • Xidmət sahəsinin inkişaf strategiyasının formalaşdırılmasını və qiymətləndirilməsini təmin etmək;
  • İstifadə olunan saytların effektivliyini təhlil etmək;
  • Partnyorlar ilə birlikdə aksiyaların hazırlanmasına nəzarət etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Namizədə dair tələblər:

  • Bəy namizəd
  • Ali təhsili
  • Yaş həddi: 30-45
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi 
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • İdarəetmə və təqdimat bacarığı
  • Məsuliyyətlilik
  • Müvafiq sahə üzrə Sertifikatı olanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • İş qrafiki 08:00-dan 17:00-dək
  • 5 günlük iş rejimi
  • Əmək haqqı – 1500 fix + KPİ nəticələri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Marketinq şöbəsinin müdiri” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.