Korporativ satışlar departamentinin direktor müavini

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Departamentin funksiyalarının icrasını tənzimləyən qayda və təlimatların hazırlanmasını təşkil etmək;
  • Bankın strategiyasının hazırlanmasında iştirak etmək;
  • Korporativ satışın icra olunmasına ümumi nəzarəti həyata keçirmək;
  • Səlahiyyətli orqanların qərarı əsasında müxtəlif komissiya, komitə, qrup və digər qurumların tərkibində iştirak etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İqtisadi və ya idarəetmə sahəsi üzrə);
  • Yuxarıda qeyd edilmiş öhdəliklərin icrası üzrə 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili,Rus dili və İngilis dili;
  • Korporativ biznes haqqında dərin biliklər;
  • Layihələrin idarəedilməsi üzrə biliklər;
  • İT arxitektura haqqında ümumi biliklər;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • Bankın işləmə prinsipləri haqqında detallı biliklər;
  • Strateji baxışın olması;
  • Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Korporativ Satışlar departamentinin direktor müavini” şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi