Hüquqşünas

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali hüquq təhsilli olmalı;
  • Müvafiq sahə üzrə 5 ilə qədər iş təcrübəsi olmalı;
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
  • İngilis dili biliyi yüksək olmalı ( rus dili üstünlükdür) ;
  • Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
  • Miqrasiya məcəlləsini mükkəməl bilməli.

İş haqqında məlumat: 

  • Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin AR-nın qanunvericiliyinə və ya AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması;
  • Əcnəbi vətəndaşın ölkəyə gələ bilməsi üçün Operativ Qərargaha məktub hazırlanması və müraciət edilməsi, əcnəbi vətəndaşa viza hazırlanması üçün müraciət edilməsi;
  • Miqrasiya müraciəti üçün tələb olunan sənədlərin (diplom, sertifikat, nikah şəhadətnaməsi, doğum şəhadətnamsi və s.) notariat tərcümə-təsdiq edilməsi.
  • Əcnəbi vətəndaş üçün mənzil qeydiyyatı sənədlərinin hazırlanması üçün ev sahibi və ya Dreamland`ə müraciət olunması.
  • İş və yaşamaq icazələri üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunması və müraciətlərin təqib edilməsi.
  • Hazır olan İş icazəsi və MYİ vəsiqələrinin təhvil alınması üçün müvafiq ödəniş tapşırıqlarının DMX`dən alınması və ödənişlərin icrası üçün Mühasibatlıq Şöbəsinə təqdim olunması.
  • İşdən ayrılan əcnəbi işçilərinin İş icazəsi və MYİ vəsiqələrinin ləğv edilməsi üçün müvafiq ərizənin hazırlanması və 5 iş günü ərzində DMX`yə təqdim olunması.
  • Əcnəbi işçilərin pasportlarının etibarlılıq müddətlərinin təqib edilməsi, əcnəbi işçilərinin miqrasiya məsələlərinə aid olan digər işlərin görülməsi (MOM, vəsiqə itirilməsi, ünvan dəyişmə, çıxış qərarının alınması və s.).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi