Brend menecer

  • VMF
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Brendlər üçün marketinq planlarını hazırlamalı 
  • Brendləri reklam etmək/dəstəkləmək üzrə layihələri işlənib hazırlamalı, hər brend üçün tədbirlər cədvəlinin hazırlanmalı və sonradan həyata keçirməli
  • Məhsulun xüsusiyyətlərini tədqiq etməli, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etməli
  • Bazarın təhlilini aparmalı, məhsulun təklifi üçün bazarın hədəf istehlakçı seqmentlərini müəyyənləşdirməli
  • Potensial alıcılara və istehlakçılara təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etməli
  • Satış həcmlərini proqnozlaşdırmalı və analiz etməli
  • Məhsulun bazarda mövqeyini izləməli (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı
  • Qiymət siyasətinə və rəqib markalara olan tələbata nəzarət etməli, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etməli
  • Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sərgilərdə iştirak etməli
  • Yeni məhsul və markaların bazara çıxarılması üçün tədbirlər planı hazırlamalı
  • Potensial müştərilərlə yerində görüşlər təşkil etməli

Namizədə dair tələblər:

  • Ali təhsil (marketinq sahəsi üzrə)
  • İş təcrübəsi – minimum 3 il
  • İngilis dilinə üstünlük verilir.

İşəgötürənin reytinqi