Korporativ satış və tender üzrə mütəxəssis

  • Cyberpoint
  • Elanın qoyulma tarixi: 06.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyinə uyğun hazırlanması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tender təkliflərinin kommersiya şərtləri ilə əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi; 
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin qurulması; 
  • Müvafiq dövrlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
  • Müştərilərə məhsul və xidmətlər barədə məlumatın verilməsi; 
  • Müştərilərin ehtiyaclarının qiymətləndirilməsi və  məhsullar, xidmətlər daxil olmaqla müvafiq tövsiyələrin verilməsi; 
  • Satış hədəflərinə çatmaq üçün tədbirlər planına uyğun fəaliyyətin göstərilməsi; 
  • Müştərilərlə satış, sövdələşmələr və uzunmüddətli razılaşmalar üzrə danışıqların aparılması.

Tələblər:

  • Ali təhsil.
  • Azərbaycan və ingilis dilini bilməsi ; rus dili biliyi üstünlükdür
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Əmək haqqı razılaşdırma ilə

 Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Korporativ satış və tender üzrə mütəxəssis” qeyd etməklə CV formasını və portfolionu e-mail ünvanına göndərin.