Risklərin idarə edilməsi departamentinə Baş mütəxəssis

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 05.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Risk menecment alətlərindən istifadə edilməklə kredit portfelinin təhlili (riskə məruz portfel, Gözlənilən itki, stress test modelləri, ssenari analizləri, modelləşmə və proqnozlar);
  • Stress testlərin aparılması, şok hadisələrin təhlili;
  • Likvidlik əmsallarınn hesablanması və təhlili;
  • Ödəniş müddətləri bölgüsü və likvidlik qəp təhlili;
  • Bazar risklərinin potensial mənfi təsirlərinin təhlili;
  • Daxili və kənar səbəbləri əks etdirən risk indikatorları təyini və təhlili.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bank qanunvericiliyindən məlumatlı olmalıdır;
  • Ən azı 4 il Risk sahəsində iş təcrübəsi olmalıdır;
  • Dil bilikləri. Azərbaycan və ingilis dilləri mükəmməl olmalı, rus dili arzu olunandır;
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır.

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Risklərin idarə edilməsi departamentinin baş mütəxəssisi” qeyd etməklə e-poçt ünvanına 30.12.2023-cü il tarixinədək göndərə bilərlər.