Xarici Satınalmalar üzrə Mütəxəssis

  • Antaris
  • Elanın qoyulma tarixi: 05.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsili – Ali (İqtisadiyyat, texniki fənlər);
  • İş stajı – müvafiq sahədə azı 1 il;
  • Cinsi – qadın;
  • 22-42 yaş arası;

Bilik və bacarıqlar:

  • Xarici satınalma prosesləri və prosedurları;
  • Beynəlxalq daşınma qaydaları və İNCOTERMS şərtləri;
  • MC ofis, 1C və peşəsinə aid proqramların sərbəst istifadəçisi;
  • Satınalma məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmək.

Dil bilikləri:

  • Azərbaycan, rus, ingilis dilləri – normal səviyyədə, işgüzar danışıqlar və yazışmalar bacarığı;

Şəxsi keyfiyyətlər:

  • Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq; 
  • Riyazi məntiq, öyrənmək, analitik düşünmə qabiliyyəti, cəld qərar vermək və fəallıq.

Vəzifələr:

  • Şirkətin kateqoriya məhsulları üzrə sorğular əsasında yerli və xarici təchizatçılardan təkliflər almaq, tenderlər keçirmək, ən optimal təklifi təqdim edərək müvafiq xarici və yerli alışları icra etmək;
  • Yerli daşıma şirkətlərini araşdırıb qiymət təkliflərini müqayisəli təhlil edərək ən optimal təklifin seçilməsini təmin etmək;
  • Sifarişin icrası zamanı xarici təchizatçı şirkətlərə dizayn fayllarının göndərilməsini, müqavilə bağlanmasını, proforma invoice alınmasını və onun ödənişini icra etmək;
  • Sənədlərin Satınalma şöbə rəhbəri tərəfindən təsdiqlənməsini və sifarişin tamamlanması üçün lazımi bütün digər proseslərin icrasını təmin etmək;
  • Sifarişlərin yekunlaşmasından sonra logistika fəaliyyətinin təşklili üçün lazımi işlərin icrası, yola düşən sifarişlərin sənədlərinin yoxlanıb cəmlənib şöbə rəhbərinə göndərilməsi;
  • Satınalma etdiyi malların maya dəyərini hesablayıb yekun sənədləri mühasibatlığa təqdim etmək, həmin malların anbara yoxlanılaraq mədaxi edilməsini 1C vaistəsi ilə təmin etmək;

İş şəraiti:

  • İş qrafiki: həftədə 6 gün, I-V günlər tam, Şənbə qısa iş günü, İstirahət günü – bazar günü;
  • Əmək haqqı razılaşma yolu ilə;
  • Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;
  • İş prosesi üçün əhəmiyyətli olan təlimlər təmin olunacaq; 
  • İş prosesi üçün bütün ləvazimatlar, əlaqə vasitələri təmin olunacaq;
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq, karyera yüksəlişi imkanı mövcuddur; 

İş ünvanı:  Antaris QSC-nin Baş ofisi:  Bakı ş., N. Nərimanov r., Ə.Rəcəbli 46B.