Proqramçı

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 04.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 11 dekabr 2023

Vəzifə Öhdəlikləri:

  • C# proqramlaşdırılma dili və .Net framework-undan istifadə edərək təmiz, davamlı və standardlara uyğun effektiv kodun yazılması.
  • Proqram təminatlarının müxtəlif komponentləri arasında əlaqə üçün RESTful API-ların dizaynı, hazırlanması və tətbiqi.
  • Hazırlanan program təminatlarının unit testlərinin yazılması və müəyyən edilmiş test növlərinin tədbiq edilməsi
  • Hazırlanan program təminatlarının təhlükəsizliyinin təmin edilməsi
  • Yazılan kodlara uyğun qeydlərin əlavə edilməsi və sənədinin hazırlanması
  • Yazılan kodların Azure DevOps sisteminə inteqrasiya edilməsi və deployment prosesinin başladılması
  • Verilənlər bazasının strukturunun qurulması, giriş və çıxış məlumatlarının təhlükəsizliyinin təmin olunması
  • Verilənlər bazası üzrə dinamik axtarış və əməliyyatlar üzrə prosedur və funksiyaların hazırlanması
  • Qurulan proseslərin var olan sistemlərə və biznesə təsirinin yoxlanması
  • Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək
  • Maraqlı tərəflərin, Məhsul sahiblərinin müraciətlərinin vaxtında və lazımi səviyyədə icra edilməsi
  • Proqram təminatlarının hazırlanması prosesində cross-functional komandalarla əməkdaşlıq etmək.
  • Agile metodologiyalarına uyğun işləmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İnformasiya Texnologiyaları, Riyaziyyat və ya Kibernetika ixtisaslar üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
  • Üstünlüklər:
  • Microservis arxitekturası haqqında anlayış
  • Logging methodları (Prometheus) ilə bağlı təcrübə
  • Message broker-lar (Kafka) ilə bağlı təcrübə
  • PostgreSQL ilə bağlı təcrübə
  • Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) ilə bağlı təcrübə
  • RPA tool-ları (UiPath) ilə bağlı təcrübə
  • Agile komandalarda işləmək
  • Kompüter bilikləri: C#: əla, ASP.Net Core Web API: əla, Docker:orta , MSSQL(T-SQL): orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi