İşin təsviri
                
                
                                
                Busy.az Azərbaycanın ən rahat, traffikinə görə isə 2-ci ən populyar işaxtarma saytıdır. Biz sosial media hesablarımız üçün Tiktoker/İnstagram story manager axtarırıq. 
	- İş distantdır. 
- İş rejimi sərbəstdir, önəmli olanı tapşırıqları vaxtında yerinə yetirmək və təşəbbüskar olmaqdır.
- Ünsiyyət Teleqram qrupunda aparılır. 
- Post mətnlərini Tiktoker yox, biz özümüz yazırıq.
Nələri bilmək lazımdır: 
	- Aktyorluq bacarıqları
- Təzə trend, yeni populyar mahnı olanda ona uyğun videolar çəkmək, nəbzi tutmaq
- İnstaqramda filtrlər, Tiktokda effektlər
- Canva, inshot, CapCut və s. online alətlərdən hansısa birində işləmək (bizə fərqi yoxdur, hansında istəyirsə) 
Videolar
	- Videoların əksəriyyəti bütün sosial şəbəkələrdə paylaşılacaq.
- Elə videolar ola bilər ki, yalnız Tiktok, eləsi var ki yalnız Instagram, eləsi də var ki, yalnız LinkedIn-də paylaşılacaq. Hər şey çəkilən videonun mövzusundan və uyğunluğundan asılıdır. 
- Çox şit, səliqəsiz, bayağı videoları bəyənmirik. 
Gözlədiyimiz: 
	- Ay ərzində 20 fərqli TikTok videosu (çox olsa lap yaxşı)
- Instagram üçün story-lərdə Tiktok videosundan fərqli nələrsə də qoyula bilər
- Sosial media hesablarımızda izləyici sayı hər dəfə 10K qalxdıqca, videoların engagement-i (əhatə etdiyi kütlə) böyük olarsa, əlavə bonuslar olacaq. 
- Məqsədimiz sosial media hesablarımızı Azərbaycanda ən yaxşı, nümunəvi profillərdən biri etmək, organic reach-imizi qaldırmaqdır. 
- Biz istəyirik ki, kontentimiz elə uğurlu olsun ki, yalnız biz deyil, Tiktokerin özü də populyar olsun, gələcəkdə özü də influencer kimi yetişsin. 
İş prosesi
	- Həftədə 1 dəfə yarım saatlıq online call zamanı biz ümumi işləri və ssenariləri müzakirə edirik. 
- Ssenariyə uyğun olaraq video çəkiləndən sonra ümumi qrupa atılır, varsa çatışmayan şeyləri müzakirə edirik. 
- FB və İnstaqramda paylaşmaq üçün Meta Business Suite istifadə edirik.
- Gələcəkdə bəzən Tiktok-da live-lar açmaq da lazım ola bilər
- İlkin dövrdə videoların yarısının hazır ssenarisini yaxud oxşar nümunələri biz verəcəyik, Tiktokerin işi yalnız hazır nümunəyə əsasən çəkiliş etmək olacaq. 
- Zaman keçdikcə Tiktokerin özü kreativ təkliflər verəcək, adaptasiyaların sayını azaldacaq.
- Biz işi planlı, əvvəldən düşünülmüş görməyi xoşlayırıq. Ehtiyat üçün həmişə 2 video əlimizin altında saxlayırıq. 
Maraqlanan şəxslər bizimlə əlaqə saxlamaqdan çəkinməsin.