Tərcüməçi (axşam smeni)

İşin təsviri

Əmək haqqı : 700 AZN

İş saatı : 14:00- 22:00 /23:00

Vəzifə öhdəlikləri:

  • İngilis dilindən Azərbaycan dilinə və əksinə tərcümələrin yerinə yetirilməsi
  • İngilis dilindən Azərbaycan dilinə və əksinə sinxron, şifahi, yazılı tərcümələr
  • Tərcümə edərkən vurğu işarələrinə, qrammatika qaydalarına dəqiq riayət etmək, uyğun üslubu gözləmək, işi tam peşəkar səviyyədə təhvil vermək
  • Lazım gələrsə, tərcümə edilmiş materialı redaktə etmək
  • Tərcümə tələb olunan görüşlərdə və təlimlərdə iştirak etmək
  • Seminar və təlimlərin materiallarını ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə etmək
  • Tərcümələrin leksik, üslub və semantik məzmuna tam uyğunluğunu təmin etməklə, şifahi və yazılı, tam və qısaldılmış tərcümələr təqdim etmək
  • Sənədlərin və mətnlərin dəqiq tərcüməsini təmin etmək
  • Müzakirələri, təqdimatları, təlim seminarlarını və s. tərcümə etmək üçün görüşlərdə və təlimlərdə iştirak edir
  • Tərcümələrin orijinal mənaya uyğun olmasını təmin etmək üçün həmkarlarla əlaqə saxlayır
  • Akademiyanın müəyyən etdiyi yüksək tələbə məmnuniyyətinə nail olmalı
  • Dövlət, yerli və təşkilat qanunlarına, qaydalara, təlimatlara və siyasətlərə uyğunluğunu təmin etdir
  • Komanda daxilində müsbət əlaqələr yaratmalı
  • Baş menecerinin muavinininin digər tapşırığlarının icrası
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Namizəddən gözləntilər:

  • Sərbəst Yazılı və Şifahi kommunikasiya .
  • Detallara diqqət
  • Müstəqil və qrup şəklində işləmə bacarığı.
  • Komputer və MS Office (Word, Excel, and Outlook.) proqramlarında işləmə bacarığı
  • Müvafiq iş təcrübəsi, 1 ildən yuxarı   .
  • Azərbaycan, Rus və İngilis dillərinin səlis bilməyi mütləqdir