Sosial media mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi ( Facebook, Instagram, YouTube, TikTok,  və s.)
  • Gələn mesaj və rəylərə dolğun cavab verilməsi
  • Kontent məzmunun idarə edilməsi (Trend və yeniliklərə uyğun araşdırmaların aparılması)
  • Sosial şəbəkələr üçün bloq mətnlərin yazılması,
  • Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün dizayn tapşırığının yazılması;
  • Rәqәmsal marketinq platformalarında (Google Ads, Facebook Ads, Instagram Ads vә s.) pullu reklam kampaniyalarının yaradılması və idarə olumnası
  • Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi
  • Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq  hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

Namizəd üçün tələblər:

  • SMM üzrə 2 ildən çox təcrübə.
  • Ali təhsil (bakalavr)
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Facebook Ads Manager, Google Ads, Instagram Ads vә s.  ilə işləmək bacarığı
  • Statistika və analitik alətlərlə işləmək bacarığı
  • Komandada işləmək qabiliyyəti. Məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli;
  • Dil bilikləri: Azərbaycan dili - əla, (rus dili və  ingilis dili arzu olunandır)

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək (Başlanğıc əmək haqqı 700-1000 azn)
  • İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Müraciət üçün:

Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “SMM mütəxəssisi” yazmaqla öz Fotoşəkilli CV-lərini və portfoliolarını e-mail ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə nömrəsi: 055-500-91-00

site.company_rating