Kreditlərin təhlili üzrə baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 28.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Biznes kreditlərinin təhlili və ya oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusulə MS Excel) sərbəst işləmək bacarığı;
  • Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər;
  • Maliyyə hesabatlarını təhlil etmə bacarıqları.

İşin təsviri:

  • Müəyyən olunmuş limitdən yuxarı biznes kreditləri üzrə bizneslərə və onların girovlarına yerində baxışda iştirak edir;
  • Biznes, mikro və istehlak üzrə kreditlərin qiymətləndirilməsini həyata keçirir və rəy verir;
  • Ehtiyac olduğu halda, filial və kreditləşmə ilə əlaqəli Bankın digər əməkdaşlarına, kredit təhlili ilə bağlı təlimlər keçir;
  • Müəyyən olunmuş limitdən yuxarı biznes kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxır və sənədləri yuxarı instansiya qərar qəbul edən orqan üçün hazırlayır;
  • Girov əmlakları bazarını daima araşdırır və menecerə məlumatlar hazırlayır;
  • Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərini qiymətləndirir və rəy verir;
  • Ehtiyac olduqda müştəri xidməti strukturlarına və onların müştərilərinə sənədli əməliyyatlar üzrə  məsləhət verir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili üzrə baş mütəxəssis” qeyd edərək elektron ünvanına göndərməyini xahiş edirik.