Vergi üzrə mühasib

  • Agrarco
  • Elanın qoyulma tarixi: 27.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Aylıq, rüblük, illik bəyannamələrin təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Torpaq, Mənfəət, Vahid bəyannamə-DSMF hesabatı)
  • Aylıq, rüblük, illik Statistika hesabatları (Ticari, Əmək, 1N müəssisə, digər)
  • Malların ixrac qeydi ilə satış prosesinin təşkili ( Bank qarantiyasının alınması, Qaimənin yazılması, Ciddi hesabat blankı olan ixrac qeydi ilə satış forma 2 göndərilməsi)
  • YGB-lər üzrə ödənişlərin banka təqdim olunması ( konsiqnasiya hesabatı)
  • Xarici avans ödənişlərinin YGB və ya TTA əsasında bağlanması (banka hesabat verilməsi)
  • İxrac və idxal əməliyyatlarında yaranmış problemlərdə hüquq şöbəsinə müvafiq dəstəyin verilməsi
  • Kassa əməliyyatları (təhtəlhesab şəxslərlə əməliyyatların aparılması), zəruri hallarda bank əməliyyatlarının icrası
  • Subsidiya üzrə bütün əməliyyatların icrası (Əkin subsidiyası, avadanlıq subsidiyası)
  • Elektron alış aktları üzrə işlərin aparılması
  • Sığorta üzrə əməliyyatlara dəstək verilməsi
  • İş prosesinin təkmilləşdirilməsi və uçotun düzgün aparılması məqsədilə işlərin görülməsi
  • Mühasibatlıq üzrə digər biliklərin olması

Tələblər:

  • Müvafiq sahədə ali təhsil
  • Minimum 3 illik iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office, 1C
  • PMS sertifikatının olması arzuolunandır

Sosial imtiyazlar:

  • Könüllü tibbi siğorta (ailə üzvlərini əhatə edən).
  • Performansdan aslı olaraq bonuslar
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • ACCA sertifikatları