Kameralar üzrə Texnik Dəstək Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rayon filiallarında kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi;
  • Monitorinq qrupunun iş fəaliyyətinin prosedura uyğun getməsinə nəzarət etmək;
  • Təhlükəsizlik sisteminə aid olan bütün kameraların görüntülərini daima təkmilləşdirmək;
  • Mütəmadi olaraq yerlərdə kameraların görmə bucaqlarını təkmilləşdirmək;
  • Digər şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasını təmin etmək;
  • Kamera yaddaş disklərinin dolmasına və sazlığına nəzarət etmək;
  • Baş ofis və filiallarda təhlükəsizlik kameralarını quraşdırmaq və dəstəkləmək;
  • NVR/DVR quraşdırmaq, sazlamaq və optimizasiya etmək;
  • İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyini təmin etmək;
  • Xarici və daxili şəbəkə çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
  • İVMS yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemləri həll etmək;
  • Kamera avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemləri həll etmək;
  • Daxili intizam qaydalarına əməl etmək;
  • Verilmiş tapşırıq əsasında kamera görüntülərinin aşkarlanması və rəhbərliyə təqdim etmək;
  • Müşahidə sistemləri ilə bağlı hər bir işi, texniki və ya əməliyyat işlərini yerinə yetirmək;
  • Şöbə rəisinin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Təhsil: Ali
  • Müfaviq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmək bacarmağı
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik
  • Sürücülük vəsiqəsi
  • Regionlara mütəmadi ezamiyyə imkanı

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi

Uyğun şəxslər CV-lərini mövzu hissəsində Kameralar üzrə Texnik Dəstək Mütəxəssisi qeyd etməklə mail ünvanına göndərə bilərlər.