İnşaat mühəndisi

İşin təsviri

Əmək haqqı: 2000-2500 AZN.

Vəzifə öhdəlikləri:

  • İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
  • Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
  • Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
  • Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
  • İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
  • İşlərə mühəndislik baxımından rəhbərlik etmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • 3 ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
  • Kompyuter bilikləri - MS office, Word, Excell, AutoCad;
  • Komandada işləmək bacarığı;

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: