Layihə koordinatoru

  • Revisa
  • Elanın qoyulma tarixi: 15.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni layihələr düşünə bilmək, layihələri koordinə etmək, komandanı istiqamətləndirə bilmək;
  • Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
  • Layihələrlə bağlı həftəlik hesabatların hazırlanması;
  • Rəhbər koordinatorun tapşırıqlarını sistemli, effektiv və dəqiq yerinə yetirə bilmək;
  • Təşkilatda müvafiq əməliyyatları müşahidə etmək, mövcud keyfiyyətə nəzarət üzrə təcrübələri qiymətləndirərək müvafiq şəkildə düzəliş və yeniliklər üçün təkliflər vermək;
  • Keyfiyyəti idarəetmə sistemi sənədlərinin işlək və aktual şəkildə saxlanmasını təmin etmək;
  • Əməliyyatlar zamanı xidmətin keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirlər təşkil etmək;
  • Düzəldici fəaliyyətlərin aylıq statistikasını izləmək, hesabatların təhlilini təşkil etmək;
  • Tənzimləyici və qabaqlayıcı fəaliyyətlərin işlənib hazırlanmasında iştirak etmək, struktur bölmələrdə onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
  • Keyfiyyət üzrə müvafiq sənədlərin məzmunu və təşkili ilə bağlı rəhbərliklə və idarəetmə komandası ilə birlikdə qərar qəbul etmək;
  • Tələb olunduğu hallarda idarəetmə sistemlərini təkmilləşdirmək.

Namizəd üçün tələblər:

  • İş təcrübəsi tələb olunmur
  • Ali təhsil
  • Universiteti bitirmiş layihə koordinatorluğu sahəsində kariyerasını inkifaş etdirmək istəyən şəxslər;
  • Layihələrin idarəolunmasıda  proqram təminatlarının istifadəsini öyrənməyə həvəsli
  • Hərbi xidməti başa vurmuş bəy namizədlərə üstünlük veriləcəkdir

Əmək haqqı: 400 AZN-dən başlayaraq artan rəqabətli əmək haqqı

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Şəfayət Mehdiyev, 271

Müraciət qaydası:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • “mövzu” bölməsində “Layihə Koordinatoru” qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.