Sürücü

  • SRC LLC
  • Elanın qoyulma tarixi: 23.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Satış şöbəsinin təqdim etdiyi sifarişi qəbul edir,  
  • Müştərilərin təyin olunmuş yerə vaxtında, təhlükəsiz çatdırılmasını təmin edir.
  • Ona təhkim edilmiş avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
  • “SIXT” – in tələblərinə uyğun olaraq müştərilərə xidmət göstərmək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq şöbəyə bu haqqda məlumat vermək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
  • Avtonəqliyyat vasitəsinin təmiz saxlanılması

Tələblər:

  • Yol hərəkəti qaydalarına riayət etməklə nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək;
  • Xəritələrdən, naviqatordan və digər naviqasiya sistemlərindən istifadə etmək;
  • Təhlükəsiz hərəkət trayektoriyasını və manevr üsullarını seçərək rəvan hərəkət etmək;
  • Şəhəri yaxşı tanımalı
  • İngilis və Rus dilini bilməsi mütləqdir 

İş şərtləri:

  • Əmək haqqı: 700-800 ( +əlavələr)
  • İstirahət günü: Bazar günü

Vakansiya ilə maraqlanan şəxlər e-mail ünvanından CV – ni göndərməklə mürəciət edə bilərlər.