Ənənəvi marketinq üzrə mütəxəssis

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Ənənəvi marketinq üzrə fəaliyyət planı hazırlamaq, plana uyğun büdcənin hesablanmasını və hesabatını həyata keçirmək;
  • Müqavilələr, reklam kanallarının və reklam ediləcək mövzulara uyğun komanda və rəhbərlərlə görüşün təşkil edilməsi və reklam strategiyasının yazılması;
  • Fəaliyyət planına uyğun olaraq reklam və layihələrin vaxtında və effektiv həyata keçirilməsinə nəzarət etmək;
  • Ticari planda nəzərdə tutulmuş kampaniya və festivalların ənənəvi marketinq kanallarında həyata keçirilməsini təmin etmək və iş prosesinə nəzarət etmək;
  • Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatları toplamaq;
  • Ənənəvi, offline reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsini təmin etmək;
  • Reklam müqavilələrinin mütəmadi olaraq izlənilməsi və davamiyyətinin yoxlanılmasını təşkil etmək;
  • Reklamlarla bağlı aylıq hesabatarı hazırlamaq;
  • Bazar araşdırmasına əsasən aylıq reklam platformalarını müəyyənləşdirmək;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə  2-3 il iş təcrübəsi;
  • Dil bilikləri (İngilis dili yaxşı səviyyədə üstünlükdür)
  • MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
  • Ənənəvi media kanalları haqqında yaxşı səviyyədə biliklər
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ənənəvi marketinq üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi