Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil; 
  • Biznes kreditləri və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis əməkdaşı vəzifəsində 3 illik iş təcrübəsi;
  • Akkreditiv və təminat məktublarının verilməsi, yazılması və banklararası akkreditiv və təminat üzrə yazışmaların aparılması üzrə ən azı 2 illik iş təcrübəsi;
  • MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
  • Türk və ingilis dili bilikləri mütləqdir və yüksək səviyyədə olmalıdır;
  • Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları, URDG -758, İSP – 98 qaydaları);
  • Akkreditiv üzrə biliklərə malik olması və MT 700 mətninin SWIFT-də yazma bacarığı;
  • MT 760 mətninin SWIFT- də yazma bacarığı.

Əsas vəzifələr: 

  • Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
  • İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
  • İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
  • Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Müqavilələrin filiallarda və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
  • Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
  • Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi; 
  • Təminat məktublarının (daxili, xarici) mətnlərinin incələnməsi, yazılması və avıso edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 22-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi