Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri Şöbəsinin Mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Müştəri üçün broker hesablarının açılması və müvafiq sənəd dövriyyəsi işinin təşkili;
  • Müştəri üçün (İnvestisiya bəyannaməsinə əsasən) aktivlərin alışını əqdin öncəsi və sonrası bankın müvafiq komplayans prosedurlarına əsasən aparılması ;
  • Bloomberg Terminalı üzərindən ticarət əqdlərinin yerinə yetirilməsi və hesablaşmalara nəzarət;
  • Ticarət əqdləri haqda hesabat, aylıq/rüblük müştəri hesabatlarının tərtib olunması
  • Müştəri sənədlərinin (müqavilə, bəyannamə və s) qəbulu, göndərilməsi və saxlanılması;
  • Risklərin idarə edilməsi departamenti, İnvestisiya komandası və müştəri menecerləri ilə qarşılıqlı işgüzar münasibətlərin saxlanılması, sorğuların cavablandırılmasına dəstəyin verilməsi.

Sizdən nə tələb olunur?

  • Biznes, maliyyə, investisiya və əlaqədar sahələr üzrə bakalavr təhsili (xarici təhsil, magistratura arzuolunandır);
  • Güclü analitik bilik və problem həllinə yönəlmiş bacarıqlar;
  • Güclü ünsiyyət bacarığı, tapşırıqların icrasında çevik yanaşma bacarığı;
  • İqtisadiyyat və maliyyə bazarlarında baş verən hadisələrə yüksək marağın olması;
  • İş təcrübəsi –2 il;
  • Dil bilikləri – Rus, İngilis.

İşəgötürənin reytinqi