Satış məsləhətçisi (İsmayıllı)

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
  • Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər:

  • Satış təcrübəsi arzu olunandır;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Satış etmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Növbəli;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi