Kreditlərin Restrukturizasiyası və Bərpası Şöbəsində Aparıcı Hüquqşunas (Analıq məzunyyəti dövründə əvəzetmə)

  • Access Bank
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bankın Məhkəmə icraatında olan işləri (problemli kreditlər üzrə) ilə bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq;
  • Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;
  • Sorğuları, ddia ərizələrini, məhkəmə aktlarından şikayətləri vaxtında hazırlamaq;
  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
  • Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək, hüquqi təhlil aparmaq;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək;
  • Zəruri əmək şəraitinin və kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaradılmasına kömək etmək; əmək intizamına riayət etmək;
  • Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
  • Şöbə Rəhbəri tərəfindən verilən iş üçün zəruri olan tapşırıqları icra etmək.

Tələblər:

  • Ali Hüquq təhsili;
  • Həmin sahədə minimum 2 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl, ingilis dili arzuolunandı;
  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
  • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Komandada işləmək bacarığı və istəyi.

İşəgötürənin reytinqi