Korporativ Satış üzrə Menecer

  • Rayda LLC
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq qabiliyyəti;
  • Müştəri ilə işləmə bacarığına sahib olmaq;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin cəlb olunması üçün potensial müştərilərlə görüşlərin təşkili və müştəri bazasının formalaşdırılması;
  • Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Korporativ satışa aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun şəkildə çalışmaq;
  • Fərdi və kollektiv satış planının yerinə yetirilməsi;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

Əmək şəraiti:

  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək;
  • Satış planına əsasən rüblük mükafatlandırma;
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Korporativ nömrə və danışıq balansı;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Biz nə təklif edirik:

  • Yaradıcı, dinamik və mehriban kollektiv;
  • Rəqabətədavamlı əmək haqqı;
  • Fərdi inkişaf üçün təlim tədric proqramları;
  • Karyera inkişafı, ölkəmizdə və ölkə xaricində tədbirlərdə iştirak imkanı.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər mövzu yerində “Korporativ Satış üzrə Menecer” qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.12.2023  (Yalnız vakansiyanın tələblərinə uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır)