SƏTƏM üzrə Mütəxəsi̇s

İşin təsviri

Öhdəliklər:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etməlidir.
  • Yeni işə qəbul olunanlara,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • İşçilərə təhlükəsizilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirməsinə nəzarət etmək
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Ali texniki təhsilinin olması;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Sətəm üzrə tələb olunan uyğun sertifikatların olması; 
  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
  • Ms Office(Outlook, Word, Excel Aconex) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan, rus dilində qismən; 
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.

İş qrafiki: 6 günlük;

Əmək haqqı: 600-1000  AZN;

Mehriban komanda;

Perspektivli iş şəraiti;

Az-Caspian CONSTRUCTION tərəfindən digər vakansiyalar