Maliyyə hesabatlığı üzrə menecer

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil(Mühasibat uçotu, maliyyə və ya müvafiq sahədə);
  • Azərbaycan dili səlis, rus dili və ingilis dili biliyi orta səviyyədə olmalı;
  • ACCA F3, F7 / CIMA BA3 / CPA sertifikatları üstünlükdür;
  • Müvafiq sahə üzrə rəhbər və ya aparıcı vəzifədə 2 ildən çox təcrübə olmalı(maliyyə hesabatları, maliyyə nəzarəti, daxili/xarici maliyyə auditi);
  • 1C-də təcrübə mütləqdir (1C ERP-yə üstünlük verilir);
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.

Vəzifə öhdəlikləri:

  • Maliyyə siyasəti və prosedurlarını işləyib hazırlamaq və həyata keçirmək;
  • Dövri olaraq maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək və təhlilini təmin etmək, həmçinin dövrün bağlanması və aylıq maliyyə hesabatlarının təqdim edilməsi prosesini koordinasiyası etmək;
  • Qrup şirkətlərində bütün müvafiq uçot qaydalarına riayət olunmasını təmin etmək;
  • Maliyyə məlumatlarının düzgünlüyünü və etibarlılığını təmin etmək üçün daxili nəzarət vasitələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Prosedur və proseslərin optimallaşdırılmaısnı təmin etməklə uçotun və hesabatlılığın səmərəliliyini və effektivliyini artırmaq;
  • Xarici audit prosesinin koordinasiyası və əlaqələndirilməsini həyata keçirmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3297-3685 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Yasamal r., Mirəli Seyidov 28/30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə hesabatlığı üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.