Təşkilati inkişaf və dizayn üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təşkilatı inkişaf və dizayn üzrə siyasət və prosedurun  hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Təşkilatı strukturların, vəzifələrin yaradılması və redizayn edilməsi zamanı təşkilatı prinsip və  qaydalara uyğunluğunu yoxlamaq;
  • Təşkilatı strukturlarda təşkilatı rolların təkrarlanmamasına və rolların aydın olmasına nəzarət etmək;
  • Təşkilatı dəyişikliklər zamanı aktuallığını qoruyan fəaliyyət, rol (vəzifə), sub-funksiya və funksiyaların təşkilatı qurumlar arası keçidlərini izləmək, keçidin tamlığını təmin etmək;
  • Vəzifə təlimatları bazasını yaratmaq və bütün vəzifələr üzrə təlimatların mövcudluğunu təmin etmək;
  • İş ailələri və təşkilati rollar üzrə səriştə pasportlarını hazırlamaq və təşkilatı dəyişikliklərə uyğun yeniləmək;
  • Karyera yolu, karyera cığırı, karyera səviyyələri və rəhbərin nəzarət diapazonu göstəricisi üzrə müvafiq hesabatlılığı aparmaq.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
  • Visio proqramında yaxşı səviyyədə işləmək bacarığı
  • Dil bilikləri (İngilis dili yaxşı səviyyədə üstünlükdür)
  • Analitik düşüncə, yüksək ünsiyyət, problem həlletmə və qərar vermə bacarıqları

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:30 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təşkilati inkişaf və dizayn üzrə aparıcı mütəxəssis" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi