Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır;
Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Tələblər:
Təhsil: Ali
İş təcrübəsi: müvafiq sahə üzrə 1-3 il təcrübə
Kompüter bilikləri: MS Windows sistemi, Microsoft Office proqramları
Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-yaxşı və ingilis dili-orta
Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat;