Korporativ Hüquqşünas

İşin təsviri

Əsas öhdəliklər:

  • Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələri (əlavə, dəyişikliklər və digər əqdləri daxil olmaqla) hazırlamaq;
  • Struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
  • Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında və digər təşkilatlarda Cəmiyyəti təmsil etmək;
  • Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
  • Cəmiyyəti məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanlarında təmsil etmək;
  • Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali hüquq təhsili;
  • Rus və ingilis dillərini səlis bilməli
  • Korporativ hüquq sahəsi üzrə sahə üzrə 3-5 il iş təcrübəsi;
  • İdarəetmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Tənqidi düşüncə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 1;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ Hüquqşünas” yazaraq 15.12.2023-cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi