Risklərin idarə edilməsi üzrə mütəxəssis

  • Azebirja
  • Elanın qoyulma tarixi: 14.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
  • Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
  • İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
  • Dəyişikliyin idarə olunması prosesində iştirak;
  • Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
  • Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
  • Müştəri məlumatlarının araşdırılaraq yüksək, orta və aşağı risk qrupu üzrə bölmək
  • Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
  • Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
  • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə ən azı 2 il iş təcrübəsi;
  • Dil biliyi üstünlükdür
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər; 
  • Kompüter və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servislərini anlamaq;
  • Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər; 
  • İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.