Korporativ satış üzrə mütəxəssis

  • Lumegrand
  • Elanın qoyulma tarixi: 13.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Minimum 3 il müvafiq  sahədə iş təcrübəsi ;
  • 25-45 yaş həddi;
  • Ali təhsil; 
  • Azərbaycan dili biliyi və rus dili biliyi mütləqdir, İngilis dili biliyi arzuolunandır
  • MS Office proqramlarından istifadə bacarığı, AutoCAD bilikləri (*dwg formatında olan layihələri oxuyacaq səviyyədə)
  • Kollektivdə işləmə bacarığı;
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Tender sənədlərinin hazırlanmasında ən az 1 il iş təcrübəsi
  • Smeta və layihə sənədləri ilə iş bacarığı

Vəzifə öhdəlikləri:

  • Yeni  müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması; 
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş qrafiki: 09:00-18:00 bazar ertəsi-cümə tam iş günü, şənbə yarı iş günü 10:00-14:00
  • Şirkət tərəfindən korporativ nömrə verilir
  • Şirkət tərəfindən görüşlərə getmək üçün taksi ilə təmin olunur
  • İş yeri: akademik Həsən Əliyev küçəsində baş ofis
  • Əmək haqqı: 700-1000 azn arası + satış bonusu

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.