Statistika və hesabatlar şöbəsinin məsləhətçisi/baş məsləhətçisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (səhiyyənin təşkili, tibb və sosial istiqamətlərdə);
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
  • Ofis proqramları üzrə biliklər;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, təkliflər vermək;
  • İcbari tibbi sığorta sisteminin müvafiq sahələri üzrə məlumatlar toplamaq və vahid məlumat bazası yaratmaq;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın tətbiqi və inkişafı üzrə təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə statistik analizlərin aparılması;
  • Təhlil edilmiş məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Begoc biznes mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.11.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.