Büdcə şöbəsinin mütəxəssisi

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 07.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin maliyyə sağlamlığını qiymətləndirmək, tendensiyaları müəyyən etmək və potensial təkmilləşdirmə sahələrinə dair fikirlər vermək üçün maliyyə təhlili aparılması; 
  • Büdcələşdirilən gəlir və xərc maddələri üzrə məlumatların araşdırılması, fərqlərin təhlilini və xərclərə qənaət imkanlarının hazırlanması;
  • Dövri hesabatların vaxtında hazırlanması;
  • Gələcək maliyyə nəticələrini proqnozlaşdırmaq üçün maliyyə proqnozları və modellərinin yaradılması, əsaslı qərarların qəbulu və strateji planlaşdırmada iştirak edilməsi və təklif irəli sürülməsi;
  • Maliyyə ili ərzində təşkilatın büdcəsinin monitorinq edilməsi, yayınmaların izlənməsi, müəyyən edilməsi və lazım gələrsə düzəldici tədbirlər üçün tövsiyələr verilməsi;
  • Büdcələşdirilən rəqəmlər əsasında Maliyyə hesabatlarının və dəstəkləyici hesabatların hazırlanması;
  • Büdcə, proqnozlaşdırma və ssenariləri təhlil edən maliyyə modellərinin hazırlanması.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə);
  • Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel biliyi;
  • Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı;
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmağı;
  • Komanda şəklində işləmək bacarığı;
  • Hesabatlıq və təqdimat bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Büdcə şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-lərini ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi