Təftiş üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şəbəkə marketlər üzrə üzləşmənin həyata keçirilməsi;
  • Üzləşmə zamanı yaranmış fərqlərin araşdırılması və aradan qaldırılması üçün müvafiq addımların atılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində veriləcək əlavə tapşırıq və yoxlanışların həyata keçirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali, Orta ixtisas və ya Xüsusi peşə təhsili (Maliyyə, Mühasibatlıq, Audit və s.); 
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, xarici dil biliyinin olması arzuolunandır;
  • MS Excel, MS Word və MS PowerPoint yaxşı səviyyədə bilməli.

Vəzifə üzrə tələb olunan bacarıqlar:

  • Sərbəst analiz etmək və qərar vermək bacarığı;
  • Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı.

Vəzifə üzrə əlavə tələblər:

  • Şəxsi avtomobilinin və B kateqoriya sürücülük vəsiqəsinin olması.

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00;
  • İş rejimi : Həftə içi 5 gün;
  • Tibbi sığorta;
  • Korporativ nömrə.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Təftiş üzrə kiçik mütəxəssisqeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi