Baş mühasib

  • VDesign
  • Elanın qoyulma tarixi: 06.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanması, təqdim edilməsi, və nəzarət edilməsi,
  • Əmək haqqı, məzuniyyət, tabel cədvəllərinin, hesabatların hazırlanması və lazımi əməliyyatların yerinə yetirilməsi;
  • Kassa üzrə əməliyyatların aparılmasına nəzarət və sistemin işlənməsi;
  • Şirkətin maliyyə dövriyyəsinə nəzarət;
  • Online Kargüzarklq, EHF, VHF-də lazımi əməliyyatların yerinə yetirilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkil və nəzarət edilməsi;  
  • Təchizatçılarla periodik üzləşmələrin aparılması
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
  • Microsoft Office (WORD, EXCEL) və 1C proqramlarını yaxşı səviyyədə bilmək

Namizədə tələblər:

  • Maliyyə sahəsi üzrə ali təhsil;
  • MS Office proqramlarını bilməli; 
  • Milli mühasibat uçotuna uyğun hesablar planını və vergi qanunvericiliyini bilməli;
  • İnventarizasiya (anbar,əsas vəsait, mal-material) təcrübəsinin olması ;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı 
  • 35-45 yaş həddində kişi namizədlərə üstünlük veriləcək. 

İş şərtləri:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 2
  • İş rejimi: 5 günlük, iş saatı: 08:00-17:00
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur. 

VDesign tərəfindən digər vakansiyalar