Sətəm üzrə menecer

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • 3 -5 il iş təcrübəsi;
  • Müvafiq sənədlər mütləqdir;
  • Rus dili bilikləri; Yaxşı, Engilis dili orta səviyyədə ola bilər
  • Məsuliyyətli, işə ciddi yanaşan, dürüst olmalı, ünsiyyətcil;

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla və qalmaga yer ile təmin olunur
  • AR ƏM-nə uyğun rəsmiləşdirmə;
  • İş yeri Naftalanda yerləşir.

Öhdəliklər:

  • Əməyin  təhlükəsizliyi  norma  və  qaydalarının  tələblərinə  uyğun  olmayan  avadanlıq  və  qurğuların  işi  işçilərin  sağlamlığı  və  həyatı  üçün  təhlükə  törədərsə, aşkar  edilmiş  pozuntular  aradan  qaldırılanadək  işi  dayandırır.
  • Potensial  təhlükələrin  aradan  qaldırılması  üçün  önləyici  fəaliyyətin  hazırlanmasında  iştirak  edir.
  • Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin edir.
  • Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər zamanı sexlərin, sahələrin, qurğuların, iş yerlərinin, istehsalat avadanlıqlarının, maşınların mexanizmlərin, sanitariya-gigiyena və məişət otaqlarının təhlükəsizlik qayda, norma və standartlarının tələblərinə uyğun olmaları, kompleks təşkilati,texniki, sanitariya-gigiyena, sosial-iqtisadi və digər tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarəti təmin edir.
  • Əmək şəraitinin və mühafizəsinin öyrənilməsini həyata keçirir, işlərin təhlükəsiz aparılmasına nəzarət edir, təmir-plan qrafikinə müvafiq qüsur cədvəllərini təsdiqləyir.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarını öyrənir və tətbiq edilməsi üçün tədbirlər hazırlayır.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar sağlamlaşdırma tədbirləri üzrə «Nomenklatur-tədbirlər planının» və ya kompleks planın işlənib hazırlanmasını təşkil edir. Onların yerinə yetirilməsinə nəzarət edir və nəticələri barədə hər rübdə müəssisə rəhbərliyinə  məlumat verir.
  • Sanitar texniki pasportların bölmələrinin düzgün və vaxtında doldurulması üçün ayrı-ayrı qurğu və sahələrin sanitar texniki vəziyyətinin pasportlaşdırılması işlərini nəzarətdə saxlayır.
  • Fəaliyyətdə olan istehsal sahələrinin yenidən qurulması, genişləndirilməsi və yeni texniki vasitələrlə təchiz edilməsi işlərində iştirak edir.
  • Oteldə tikinti, yenidənqurma və əsaslı təmirdən sonra ayrı-ayrı obyektlərin istismara qəbulunda  iştirak  edir.
  • Səmərələşdirici təkliflərə əmək mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə təlimatların tələblərinə uyğun olaraq rəy verir.
  • Təhlükəsiz əmək şəraitini təmin edən tədbirlərin istehsal proseslərinin texnoloji reqlamentlərində öz  əksini  tapmasını nəzarətdə saxlayır.
  • Departament Menecerinə təhlükəsizlik qaydalarının pozulması halları, qəzalar, yanğınlar, istehsalat zədələri  barədə məlumat verir.
  • Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyin təmin edilməsi üzrə göstəriş, sərəncam və əmrlərin layihəsini hazırlayır.
  • İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil edir.
  • Yanğınların, qəza hallarının və bədbəxt hadisələrin araşdırılmasında iştirak  edir, onların  qarşısını  almaq  üçün  tədbirlər  planı  hazırlayır və tədbirlərin yerinə yetirilməsinə nəzarət edir. İstehsalat zədələrinin və peşə xəstəliklərinin  qeydiyyatını  aparır, onların  baş  vermə  səbəblərini araşdırır və qarşısının  alınması üçün tədbirlər müəyyənləşdirir.
  • Əmək mühafizəsinin yaxşılaşdırılması və sanitar sağlamlaşdırma tədbirləri üzrə kompleks planların, yuxarı təşkilatlar  tərəfindən verilən əmr və göstərişlərin yerinə yetirilməsi, əmək mühafizəsi üzrə tədbirlərə istifadə edilən vəsaitin miqdarı, istehsalat xəstəlikləri, qəzaları və zədələnmələri barəsində  vaxtlı-vaxtında  məlumatları hazırlayır və lazımı yerlərə göndərir.
  • Əmək  təhlükəsizliyi üzrə standartların və digər norma, qayda və təlimatların tətbiq edilməsinə metodik-təşkilati rəhbərlik edir.
  • Yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik üzrə təlimatların vaxtlı-vaxtında işlənib hazırlanmasına  və iş yerlərinin təlimatlarla təmin edilməsinə nəzarət edir.
  • Avadanlıqlarda qoruyucu və mühafizə vasitələrinin, yanğın söndürmə işarəedicilərinin və əlaqə vasitələrinin işçi vəziyyətdə saxlanmasına nəzarət edir.
  • Xüsusi geyim, iş ayaqqabısı, fərdi mühafizə vasitələri və digər qoruyucu alətlərin, südün müəyyən olunmuş qayda üzrə verilməsi və istifadə olunmasına nəzarət edir.
  • Mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən olunmuş qayda əsasında vaxtında və keyfiyyətlə təlimatlandırılması və birliklərinin yoxlanmasına nəzarət edir.
  • İaşə və tibbi xidmətinin sanitariya norma və qaydalarına uyğun olmasını təmin edir.
  • Qida blokunun (mətbəx, ərzaq məhsulları anbarı, qida qəbulu zalı, restaran, yeməkxana) və camaşırxana işçiləri, otaqlar üzrə xadimələrinın işə qəbul edilərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ilkin və sonradan dövri tibbi müayinələrdən keçirilməsini təşkil edir.
  • Qida blokunun işçiləri iki ildən bir dəfədən az olmayaraq, sanitariya-gigiyena minimumlar üzrə hazırlıq kursların təşkil edir.
  • İstehsal sahələrinin və iş yerlərini plakatlar, təhlükəsizlik nişanları, xəbərdaredici nişanlarla və digər təbliğat vasitələri ilə təmin edilməsinə baxır.
  • Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə məsləhətlər verir.

Yeni Naftalan Hotel Company LLC tərəfindən digər vakansiyalar