İşin təsviri
                
                
                                
                Ümumi vəzifə öhdəlikləri:
	- Mövcud veb layihələri inkişaf etdirmək;
 
	- Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq;
 
	- Müxtəlif layihələr üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək;
 
	- Layihələrin planlanması, developmenti, deploy edilməsi və baxımı;
 
	- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
 
	- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
 
	- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
 
	- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
 
	- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
 
	- Data strukturları biliyi və alqoritmlər hazırlamaq bacarığı.
 
Namizədə qarşı tələblər:
	- Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
 
	- İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
 
	- Texniki bilik tələbləri: CYCLE JS, Vue JS və ya React JS, HTML, CSS, Javascript,Tailwind CSS, Bootstrap, Git, NPM, Algoritm qurmaq bacarığı, Gulp, Jquery;
 
	- Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
 
	- Yüksək debug etmək bacarığı.
 
Arzu olunan tələblər:
	- HTML5 canvas bazlı grafika API'ları biliyi;
 
	- Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
 
	- Agile metodologiyaları biliyi;
 
	- CI/CD proseslərinin qurulması təcrübəsi;
 
	- Avtomatlaşdırılmış testlər yazma bacarığı.
 
Sizə nə təklif edirik?
	- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
 
	- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
 
	- Əlverişli iş mühitində çalışmaq imkanı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 noyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Frontend Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.