Komplayns Xidməti üzrə aparıcı/ baş mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
  • İllik monitorinq planı əsasında uyğunluq yoxlamalarını həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qanuniləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət, Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
  • Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
  • Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlər görmək;
  • Komplayns risklərinin matrisinin formalaşdırılması prosesində aktiv iştirak etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparmaq, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını həyata keçirmək;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
  • Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
  • Şirkətin yeni yaradılmış satış kanalları  və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək;
  • Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.

Biliklər:

  • İqtisadiyyat, riyaziyyat və ya hüquq üzrə ali təhsil (magistr təhsili üstünlükdür);
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.

Təcrübə:

  • Komplayns, Risklərin idarə olunması, Audit sahəsində ən az 2 il təcrübə (sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarıqlar:

  • Dürüstlük;
  • Şəffaflıq;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Şəxsi inkişafa yönümlülük;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq;
  • Yaxşı ünsiyyət bacarığı.

Son müraciət tarixi: 03.12.2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi