İnsan resursları mütəxəssisi

İşin təsviri

İş yerinin təsviri:

  • Əmək Məcəlləsi və müvafiq qanunvericiliklə bağlı rəhbərlərə və işçilərə məsləhətlərin verilməsi;
  • Kadrlara ehtiyacın müəyyən edilməsi və yeni işçilərin işə qəbulun təşkil edilməsi;
  • Kadrların idarə edilməsinin nəzarəti;
  • İşçilərin gələcək inkişafının və təhsilinin təmin edilməsi;
  • Hesabat nəticələrinin şirkət rəhbərliyinə təqdim edilməsi;.
  • Əmək haqqı sənədlərin hazırlanması.

Namizədə tələblər:

  • Hüquq, İqtisadiyyat, Psixologiya, Biznesin İdarə Edilməsi və ya Sosial Elmlər üzrə bakalavr dərəcəsi;
  • HR Generalist vəzifəsində minimum 1-2 il iş təcrübəsi;
  • Məşğulluqla bağlı qanun və qaydaların biliyi;
  • ƏMAS sistemində işləmə biliyi
  • HR sertifikatı (CIPD, HRCI, SHRM) üstünlükdür.

Tələb olunan bacarıqlar:

  • Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • Yaxşı analitik, problem həll etmə və düzgün mühakimə yürütmə bacarığı;
  • MS Office proqramlarından qabaqcıl istifadə bacarığı, SAP biliyi üstünlükdür;
  • Dürüstlük, peşəkarlıq və məxfiliklə işləmək bacarığı;
  • Vaxtın idarə edilməsi və son icra tarixlərini yerinə yetirmək bacarığı;
  • Azərbaycan dilinin mükəmməl bilməsi tələb olunur, ingilis və rus dili üstünlük hesab olunacaq.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Zəhmət olmasa, e-poçtunuzun mövzu hissəsində işin adını qeyd edin.

Maestro Company Limited tərəfindən digər vakansiyalar