Sürücü

  • Saffron Group
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş öhdəlikləri:

  • Təhkim olunmuş avtomobili yol nəqliyyatı qaydalarına uyğun idarə etmək 
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək
  • Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
  • İş gününün sonunda ona həvalə olunmuş avtomobili mühafizə olunan dayanacaqda saxlamaq 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək

Əsas tələblər:

  • Sürücülük təcrübəsi - 5 ildən artıq
  • Sürücülük vəsiqəsi – BC kateqoriyası
  • Yaşayış yeri: Bakı şəhəri
  • Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir

Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 02.12.2023-cü il tarixinədək göndərə bilərlər. 

Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.