Rəqəmsal həllər şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Yeni xidmətlərin yaradılmasında proaktiv və təşəbbüskar olmaq;
  • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izləmək və bazar araşdırmaları aparmaq;
  • Rəqəmsal bankçılıq sistemində yeni xidmətlərin reallaşdırılması üçün biznes tələbləri tərtib etmək və aydın şəkildə həmkarlara izah etmək;
  • İstifadəçi bazasının bankdaxili müştərilər və bazar potensialı hesabına artırılması yollarınının müəyyənləşdirməsi və tətbirlər planını hazırlaması;
  • Rəqəmsal xidmətlərin ölkə bazarında əlçatanlığını, mövqeləşdirilməsi, təbliğatı, istifadə aktivliyinin artırılması üçün tədbirlər planının hazırlaması;
  • Biznes-tələblərdən irəli gələn yeni prosedur-qaydaların, sənədlərin, biznes proseslərin, analitik materialların, müştəri səyahəti xəritəsinin (CJM) və təqdimatların hazırlanmasında fəal iştirak etmək;
  • Verilən statistik məlumatları təhlil etmək, əsasında hesabatlar tərtib etmək , məhsul  üzrə istifadə potensialını müəyyələnləşdirmək;
  • Rəy və təkliflərin toplanılması üçün əsas müştəri kateqoriyasına aid olan istifadəçilərlə kommunikasiyaları genişləndirmək;
  • Texnoloji partnyorluqların qurulması, Biznes inteqrasiyaları və Açıq bankçılıq həllərinin inkişafı istiqamətində işləri planlaşdırmaq və həyata keçirmək;
  • Tələblərin yerinə yetirilməsi hüdudlarını müəyyənləşdirmək və istifadəçi qəbulu sınaqlarını (UAT) tərtib etmək;
  • Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin və prezentasiyaların keçirilməsi.

Tələblər:

  • Ali magistr təhsili;
  • Rəqəmsal maliyyə məhsullarının inkişafı sahəsində ən azı 1 il təcrübə;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Rəqəmsal maliyyə texnologiyaları barədə bilikli olmaq;
  • Məhsulların inkişafı xəritəsinin qurulması, işlərin prioritetləşdirilməsi və planların idarəedilməsi qabiliyyəti;
  • Tələblərin yığılması, dəyərləndirilməsi və “backlog”-un idarəedilməsi qabiliyyəti;
  • Güclü kommunikasiya, problem həll etmə, müştəri ehtiyaclarını müəyyənləşdirmək qabiliyyəti;
  • İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
  • Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür.

İşəgötürənin reytinqi