Satış məsləhətçisi

  • Menzer Hajiyeva
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilər ilə onlayn və oflayn işləmək (veb, Instagram, telefon, butik). 
  • VM: satışların optimallaşdırılması üçün mağazada məhsulların təqdimatını etmək.
  • Mağazanın təmiz saxlanılmasına nəzarət etmək.
  • Satış və kassa əməliyyatlarının qeydiyyatını aparmaq üçün mağaza daxili proqram təminatından istifadə etmək.
  • Şirkətin Instagram səhifəsi üçün çəkilişlərdə iştirak etmək.
  • Loyallıq proqramı kimi satışa birbaşa təsir edən müxtəlif marketinq taktikalarının monitorinqini aparmaq.

Tələblər:

  • Butik mühitində müştərilər ilə iş təcrübəsi (4+ il).
  • Dil bilikləri: Azərbaycan və rus dilləri.
  • Qüsursuz peşəkar geyim tərzi və şəxsi xarizma.
  • Mehriban, empatiya qurmağı bacaran və pozitiv olmaq.
  • Özünü şifahi və yazılı ünsiyyət vasitəsilə təqdim etmək bacarığı. 
  • Müştərilərin ehtiyaclarını anlamaq, yüksək keyfiyyətlə, cəld xidmət göstərmək.
  • Yaxşı ünsiyyət qurmaq bacarıqları: brendin hekayəsini gözəl şəkildə izah etmək.
  • Moda aksesuarları, incəsənət və yerli brendlərə maraq göstərmək və bu sahədə çalışmağa həvəsli olmaq.
  • Şalların müxtəlif taxılması üslublarını bilmək böyük bir üstünlükdür.
  • Yaradıcı düşüncə və problemləri həll etməyi bacarmaq.

İş yeri: “Concept store 27” mağazası, Zərifə Əliyeva 27, Bakı

İş saatları: 10:00-19:00, həftədə 6 gün

Əmək haqqı: 700 AZN + satış üzrə bonuslar

Kanallarımızı izləyin:

Menzerhajiyeva.com

@menzerhajiyeva_az